XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 23:32

Avropa İttifaqının sabiq rəhbəri:“Böyük Britaniya parçalana bilər”

rompey

Avropa İttifaqı Şurasının keçmiş rəhbəri Herman Van Rompey “Brexit” üzrə referendumun nəticələrini şərh edərkən Böyük Britaniyanın parçalana biləcəyini deyib.

RİA Novosti informasiya agentliyi xəbər verir ki, separatizmə meylli Şotlandiya və Şimali İrlandiya birmənalı olaraq “Brexit”lə barışmaq fikrində olmadığını bildiriblər.

Şotlandiya hökumətinin başçısı Nikola Stercen region əhalisinin referendumda Britaniyanın Aİ-də qalmasına səs verdiyini qeyd edib. Bir qədər əvvəl o, “Brexit”in baş tutacağı təqdirdə Şotlandiya Milli Partiyasının regionun müstəqilliyi barədə təkrar referenduma nail olacağı barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, əvvəlki referendumda Şotlandiya vətəndaşlarının 55,3 faizi regionun Birləşmiş Krallığın tərkibində qalmasına səs vermişdi.