XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 06:45

Çempion qadın pulsuzluqdan dilənir – (Foto)

Qadınlar arasında taekvondo üzrə Rumıniya çempionu Mirela Stefanaçenin İsveçdə dilənçilik edir.

Məlumata görə, idmançı maliyyə böhranları ilə mübarizə aparmaq üçün İsveçdə yaxşı həyat arzusu ilə xəyallar quran minlərlə avropalıdan biridir.
Xəyalının arxasınca İsveçə getmiş idmançı iş tapmadığına görə küçədə dilənməyə məcbur olub. Yerli televizya kanallarından birinə verdiyi müsahibəsindən sonra onun bir oteldə xadimə kimi işə götürüldüyü məlum olub.
“Həyatım tam dəyişdi. Burada dilənçilik etdiyim günləri heç vaxt unutmayacağam. İsveçdə yeni gələcək qurmaq istəyirəm” – deyə idmançı bildirib (ANS PRESS).