XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 10:55

Adil əl-Cubeyr:“Suriya "ikinci Əfqanıstan"a çevrilməlidir”

 

Bəşər Əsəd devrilməsə, Suriyada müharibə bitməyəcək”

Strateq.az xəbər verir ki, bu təhdidvari açıqlamanı Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cubeyr verib.

Almaniyanın “Der Spiegel” qəzetinə açıqlamasında nazir 'mülayim müxalif' qrupların təyyarəvuran zenit raketlərlə təchiz edilməsinin lazımlılığını vurğulayıb.

Onun sözlərinə görə, Suriya ordusu və müttəfiqləri təyyarə və vertolyotlarla hədəfləri “xalı bombardmanı”na məruz qoyur, hətta 'kimyəvi bombalardan” istifadə edirlər. Cubeyr, 'mülayim müxaliflərin' bu hücumları dəf etmək üçün zenit gücünə ehtiyac duyduqlarını vurğulayıb.

Keçmişdə əfqanlara verilən zenit qurğularının döyüşdəki güc tarazlığını dəyişdirdiyini xatırladan nazir Suriyanı da “ikinci Əfqanıstan”a çevirməyin tərəfdarıdır, ancaq silahlı qrupların təchizatını təkbaşına deyil, müttəfiqləriylə birlikdə həyata keçirməyə hazır olduqlarını bildirib.