XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2015 - 11:39

Fransa-ABŞ qalmaqalı

ABŞ tərəfdaşlarına etibar etmir

Fransa prezidenti Fransua Olland Fransanın son üç prezidenti – Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın telefon danışıqlarının 2006-2012-ci illərdə Amerikanın Milli Təhlükəszlik Agentliyi (MTA) tərəfindən dinlənilməsi haqda Wikileaks saytında getmiş məlumatla bağlı iyunun 24-də səhər təcili surətdə müdafiə şurasının toplantısını keçirdib.

Yelisey sarayının kommunikesində deyilir: “Söhbət artıq ABŞ-la Fransa arasında izahata səbəb olmuş qəbuledilməz faktlardan gedir. Xüsusən də 2013-cü ildəki ilk ifşa zamanı. Amerika hökuməti öz üzərinə öhdəlik götürüb. Onları yadda saxlamaq lazımdır. Bu öhdəliklərə əməl edilməlidir. Fransa onun təhlükəsizliyini və maraqlarının müdafiəsini sual altında qoyan heç bir hərəkəti qəbul etmir”.

Bu arada məlum olub ki, ABŞ-ın Fransadakı səfiri Xarici işlər nazirliyinə çağrılıb. ABŞ Milli Təhlükəsizlik Şurasının təmsilçisi Ned Prays inandırıb ki, ABŞ-ın kəşfiyyat fəaliyyəti istisnasız olaraq milli təhlükəsizlik məsələləri ilə bağlıdır.

Prays qeyd edib: “Biz prezident Ollandın danışıqlarını dinləmirik. Biz Fransa ilə bütün beynəlxalq məsələlərdə əməkdaşlıq edirik, fransızlar bizim ən önəmli tərəfdaşımızdır”.

Lakin Prays öz açıqlamasında keçmiş hadisələrdən heç nə deməyib.

Fransada “Libération” qəzeti və Médiapart internet portalının Wikileaks-ə isnadən yaydığı məlumat Fransanın ali rəhbərliyinin telefon danışıqlarının Amerika kəşfiyyat xidmətləri tərəfindən dinlənməsinə aiddir.

O cümlədən qeyd olunur ki, MTA-nın məlumat bazasında Nikola Sarkozi və yaxın ətrafının – keçmiş daxili işlər naziri Klod Gean, Sarkozinin diplomatik müşaviri Jan-David Levittin, həmçinin keçmiş dövlət katibləri Pyer Lelluşun və Jan-Pyer Juyenin telefon nömrələri var. Sonuncu adam bu gün Yelisey sarayında baş katibdir.

MTA-nın Fransdakı əsas dinləmə obyektləri haqda Médiapart saytının baş redaktoru Edvi Plenel danışıb: “Birləşmiş Ştatlrın Milli Təhlükəsizlik Agentliyi bizim Respublikamızı, demək olar, on il müddətində dinləməyə qoyub. Mən Respublika deyərkən nazirlikləri, onların iş telefonlarını, müşavirlərin mobil telefonlarını nəzərdə tuturam. Məsələn, bu gün baş katib vəzifəsini tutan və Sarkozi hökumətində Avropa məsələləri naziri olan cənab Juye. Fransa nazirlər kabinetinin yanında Hökumət rabitəsi mərkəzi də dinləmə hədəfləri arasında idi. Mərkəzin telefon danışıqları prinsipcə kodlaşdırılır. Hətta hökumət hava donanmasının təyyarələri, kənd təsərrüfatı, xarici ticarət, iqtisadiyyat nazirlikləri, fransız diplomatları da. Başqa sözlə, Wikileaks-in faş etdiyi məlumatın göstərdiyi kimi, terrorizmlə mübarizə, bu bədnam Patriot Act, sadəcə, bəhanədir. Əslində, “ən yaxşı” deyilən dostalrı izləyirlər. İqtisadi məqsədlərlə casusluq edir, diplomaları izləyir, öz tərəfdaşlarına inanmırlar. Bu, indiki dünyada beynəlxalq münasibətlərin dərin aşınmasından xəbər verir”.

“Libération”un məlumatına görə, söhbət dövlət sirrindən getmir, lakin MTA tərəfindən dinləmə “Fransanın maraqlarına ziyan vurub”.

“Русская служба RFI” (Fransa), 25.06.2015