XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 22:24

“Brexit”:ikinci referendum petisiyasında 70 min saxta imza aşkarlandı

Britaniya parlamenti Nümayəndələr Palatasının petisiya komitəsi bildirib ki, Avropa Birliyi (AB) ilə bağlı ikinci referendumunun keçirilməsinə çağıran petisiya fırıldaqçılıq iddiasına görə yoxlanılır.

BBC xəbər verir ki, petisiyada aşkar edilmiş 77 min saxta imza artıq oradan çıxarılıb. Sənədi yalnız Britaniyada və xaricdə yaşayan Britaniya vətəndaşları imzalaya bilərlər.

İndiyə qədər petisiyanı 3.2 milyondan çox insan imzalayıb. Lakin baş nazir David Cameronun bildirdiyinə görə, ikinci referendum keçirilməyəcək.

Cümə axşamı keçirilmiş referendumun nəticəsinə görə seçicilərin 52 faizi Britaniyanın ABİ-ni tərk etməsinə səs verib.
Petisiya komitəsi gələn həftə müraciəti nəzərə alıb-almayacağına qərar verəcək.

Britaniyanın AB-dən çıxmasına dair ikinci referendum tələb edən petisiya parlament saytında indiyə qədər ən çox imza toplamış müraciətdir.

100 mindən çox imza toplayan istənilən petisiya parlament tərəfindən müzakirə üçün nəzərə alınır.