XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 06:51

Türkiyə “türk axını”nın həyata keçirilməsinə tələsmir

Ankara Rusiya qazından xeyli asılı düşməkdən ehtiyatlanır

Картинки по запросу газопровод турецкий поток

Rusiyanın Transqaradəniz qaz ixracı kəməri Moskavanın istədiyi kimi sürətlə gerçəkləşməyə bilər.

Strateq.az Türkiyə KİV-ə isnadən xəbər verir ki, Ankara Rusiya qazından xeyli asılı düşməkdən ehtiyatlanır.

Qeyri-rəsmi şəkildə “türk axını” kimi tanınan və illik 63 milyard kubmetr tutuma malik olacaq qaz kəməri, Moskvanın fikrincə, Avropanın qəbul etmədiyi və QazPromun Ukraynadan yan keçməklə artıq inşa etməyə başladığı “Güney axını”nı əvəz etməlidir.

investing.com yazır: “Ankaradakı qərbli bir diplomatın fikrincə, layihənin taleyi müəyyən dərəcədə Moskva ilə Brüsselin Türkiyədə siyasi nüfuz uğrunda mübarizəsi ilə bağlıdır. İnsanlar getdikcə daha çox anlayırlar ki, Rusiya itirilib və bizə güneydə və şərqdə daha çox tərəfdarlar lazımdır. Türkiyə – birnömərəlidir. Rusiya Türkiyəni öz orbitinə cəzb edir və o, indi dayandırılmasa, sonra gec olacaq”.