XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 01:23

Avropa İttifaqi ingilislərə heç birgüzəşt təklif etməyəcək

Avropa-Ittifaqi-16-7

Avropa İttifaqi Britaniyaya münasibətlərə yenidən baxılması üçün hər hansı güzəştlər təklif etməyək. Bu barədə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel bildirib. Avropa KİV-i Britaniya ilə onun Avropa İttifaqından çıxması ilə bağlı danışıqları təcrübəli Belçika diplomatı Didye Siyvusun aparacağı barədə məlumat yayıb. O, bu məsələ ilə bağlı yaradılacaq işçi qrupa rəhbərlik edəcək.

Amma baş nazir Devid Kameronun istefasndan sonra Britaniya tərəfdən danışıqları kimin aparacağı məlum deyil.

Handelsblatt  nəşrinə müsahibəsində Almaniyanın vitse-kansleri bildirib ki, britaniyalılar getmək barədə qərar qəbul ediblər. Bundan sonra Avropa İttifaqı bu qərara yenidən baxılması üçün yeni heç nə təklif etməyəcək. Onun sözlərində görə, Britanıyanın yarı tərəfdaş olmayacağı da aydındır: “Tamamilə aydındır ki, yarı hamiləlik olmaz. Eyni zamanda yarı tərəfdaşlıq da mümkün deyil”.

Ziqmar Qabriel baş nazir Devid Kemeronu da Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirilməsinə görə tənqid edib. Onun sözlərinə görə, bu çöyük tarixi yanlış idi.

Avropa İttifaqı Britaniya ilə danışıqlarda Belçila diplomatına üstünlük verməsi isə bu ölkənin birlik daxilində ən ağır problemlərlə bağlı hər zaman neytral mövqe tutması ilə izah edilir.

50 yaşlı Didye Siyvus siyasi danışıqlar aparacaq, texniki məsələlərin həlli ilə isə Avropa Komissiyası məşğul olacaq.

Strateq.az