XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 09:13

İtaliyada 20 il axtarışda olan mafioz həbsolundu

mafiozi

İtaliyanın hakimiyyət orqanları ən çox axtarılan mafiya üzvlərinin siyahısında ikinci sırada yer alan Ernesto Fatstsaralini həbs ediblər.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin ən böyük mafiya qruplaşması “Ndrangeta”nın üzvü olan Ernesto 20 ildən çox axtarışda idi. Hüquq mühafizə orqanlarının məlumatına görə, o, ölkənin cənubunda yerləşən Kalabriyadakı evində aşkarlanıb və saxlanılarkən polisə müqavimət göstərməyib.

Ernestonu ömürlük həbs cəzası gözləyir. Bir qədər əvvəl məhkəmə onu qətldə, mafiya fəaliyyətində, narkotik vasitə ticarətində, qarətdə, qanunsuz silah saxlamaqda təqsirli bilmişdi.