XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 10:22

ABŞ rus diplomatlarına məhdudiyyət qoymaq istəyir:80 km-dən uzağa gedə bilməzlər

diplomat

Vaşinqton Amerikadakı rusiyalı diplomatların hərəkət radiusuna limit qoymaq istəyir. Məlumatlara görə, qanun layihəsində Rusiya səfirliyinin əməkdaşlarına və ABŞ-dakı konsulluq əməkdaşlarına soyuq müharibə dövrünün nəzarət tələblərinin tətbiq olunmasından söz açılır.

Qanun layihəsi ilə bağlı ilk dəfə BuzzFeed News xəbər yayıb.  Layihədə qeyd olunur ki, əgər Federal Təhlükəsizlik Xidməti bütün rusiyalı diplomatların postlarına təyin olunduğu ilk üç ay ərzində onlara hərəkət məhdudiyyətinin tətbiqinin vacibliyi ilə bağlı yazılı hesabat versə, Rusiya diplomatlarına postlarında fəaliyyətə başladıqları ilk üç ay ərzində olduqları ərazidən 80 km-ə qədər hərəkət etməsinə icazə verilsin. (Azadlıq radiosu)

BuzzFeed adının çəkilməsini istəməyən ABŞ kəşfiyyat rəsmisinə istinadən xəbər verir ki, rusiyalı diplomatlarının dəfələrlə 5-ci günlər günortadan sonra 80 km radiosunda səyahət etmələri və bunun əks kəşfiyyatın onların hərəkətinə nəzarət etmək imkanlarına maneələr yaratması ilə bağlı Dövlət Departamentinə məlumatlar daxil olub. Qanun layihəsində Rusiya casuslarını, Rusiya təbliğatının sponsorlarını və digər fəaliyyətləri aşkara çıxaran və prezidentin təyin etdiyi əks kəşfiyyat qrupunun bərpasına çağırır.

Rusiya Xarici Işlər Nazirliyi Vaşinqtonu xəbərdar edib ki, əgər onun diplomatlarının hərəkətinə qadağalar qoyulsa, rəsmi Moskva da eyni cür davranacaq, eyni məhdudiyyətləri tətbiq edəcək.

Bu xəbərdarlıqla bağlı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zakharova bu həftənin ortalarında keçirdiyi mətbuat konfransında məlumat verib.