XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 10:49

ABŞ dövlət katibi təcili olaraqLondona gəlir

kerri

Britaniyanın Avropa Birliyindən çıxmaq qərarından sonra dünya siyasətində qeyri-müəyyənlik davam etməkdədir. Avropada səfərdə olan ABŞ dövlət katibi görüşlər keçirmək üçün gözlənilmədən səfəri çərçivəsinə London və Brüssel dayanacaqları da əlavə edib.

“Amerikanın Səsi” radiosunun məlumatına görə, Kerri ABŞ-ın ən yaxın müttəfiqi ilə yeni erada əlaqələrinin tənzim olunmasını müzakirə etmək üçün Britaniya xarici işlər naziri Filip Hammond və başqa rəsmilərlə görüşməyi planlaşdırır. ABŞ prezidenti Barak Obama referendumdan əvvəl Britaniyanı Avropa Birliyini tərk etməməyə çağırmışdı. “Birləşmiş Krallıq və Avropa Birliyi ABŞ strateji tərəfdaşları olaraq qalacaqlar" – deyə prezident Obama referendumun nəticələri açıqlanandan sonra bildirmişdi.

Londona səfər edəcək Kerri üçün siyasi vəziyyət o qədərdə aydın olmayacaq. Belə ki, Brexit referendumundan sonra ölkənin baş naziri Devid Kemeron da istefa verib.