XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 14:40

Təl-Əvivlə Ankara barışdı:İsrail üzr istəyəcək və 20 milyon təzminat ödəyəcək

bineli

"Bu günə kimi olduğu kimi bundan sonra da Türkiyə Fələstin xalqının arxasında olacaq".

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım İsrail-Türkiyə barışığını elan edərkən deyib. ANS PRESS-in məlumatına görə, Yıldırım jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında bildirib ki, iki ölkə arasında əldə edilən razılaşmaya əsasən Fələstində qarşı tətbiq edilən sanksiyaların böyük bir qismi aradan qaldırılır, “Mavi Mərmərə" hücumu zamanı həyatını itirən insanların ailələrinə təzminat verilir. Həmçinin İsrailin Türkiyədən üzr istəməsi təmin edilir.

O, qeyd edib ki, ən qısa zaman ərzində Türkiyə İsrailə səfir təyin edəcək: "Bununla da Türkiyə və İsrail arasında münasibətlər normallaşır. Xeyirli olsun!”

Baş nazir deyib ki, İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək. "Bu beynəlxalq razılaşmadır. Təzminat şəhid olanların ailələrinə veriləcək". 

Əldə edilən razılığa görə, Türkiyə Fələstinə yeni yardım gəmiləri göndərəcək. 6 illik fasilədən sonra ilk gəmi cümə günü Türkiyənin Mersin limanından Qəzzaya doğru hərəkət edəcək. Gəmilərdə Qəzza şəhərinin bərpası üçün tikinti materialları və digər ləvəzimatlar olacaq. Türkiyə və İsrail arasında razılaşma isə cümə günü imzalanacaq.

Nə baş vermişdi? 

– 31 may 2010-cu il – İsrail hərbçiləri "Mavi Marmara" gəmisinə hücum ediblər. Nəticədə biri ABŞ vətəndaşı olmaqla 9 nəfər ölüb. 
– 1 sentyabr 2011-ci il – BMT "Mavi Marmara" hesabatında İsrailin gücdən istifadəsini təsdiqlədi.
– 2 sentyabr 2011-ci il  – Türkiyə İsraillə diplomatik münasibətlərini ikinci katib səviyyəsinə endirdi. İsrailin Ankara səfiri Gabbi Levi Türkiyəni tərk edərək ölkəsinə getdi. 
– Noyabr 2012-ci il – Türkiyə və İsrail münasibətlərin bərpası üçün danışıqlara başladı