XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 15:28

Avropa Parlamenti sabah Britaniya ilə bağlı mühüm qərarınıaçıqlayacaq

Avropa Parlamenti

Avropa Parlamenti iyunun 28-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qətnamə qəbul edəcək.

Bu barədə Avropa Parlamentinin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniyada keçirilən referendumla bağlı parlamentin növbədənkənar sessiyası toplanacaq. Hazırda qətnamənin mətni hazırlanır. (APA)

TASS-ın Brüsseldəki mənbəyə istinadən verdiyi məlumata görə, qətnamədə Lissabon razılaşmasının 50-ci maddəsinə uyğun olaraq Böyük Britaniyanın Aİ-dən çıxmaq niyyəti ilə bağlı tez bir zamanda rəsmi müraciət etməsi tələb olunacaq.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib və seçicilərin 52 faizi bu təklifi dəstəkləyib.