XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 16:08

Putin Qarabağla bağlı ABŞ və Fransa prezidentlərinəzəng vuracaq

obama oland

Rusiya prezidenti Vladimir Putin  Dağlıq Qarabağ nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək.

Bu barədə  “RİA Novosti”Kremldəki mənbəyə istinadla xəbər yayıb.

Mənbənin məlumatına görə, Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədr ölkələrini də məlumatlandıracaq.

“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə İ.Əliyev və S.Sarkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Bu, yaxın günlərdə olacaq. Dövlət başçısı həmkarlarına zəng edəcək”.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib.

Görüşün nəticələrinə dair yayılan birgə  bəyanata əsasən, tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər.