XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 07:15

Rusiya Krıma nüvə silahı yerləşdirə bilər

Ukrayna XİN Rusiyanı Budapeşt memorandumuna riayət etməyə çağırıb

Картинки по запросу nüvə raketləri

Moskva iddia edir ki, Krım Rusiya ərazisi olduğundan orada Rusiyanın nüvə silahı peyda ola bilər.

Strateq.az Взгляд.ru-ya isnadən xəbər verir ki, ekspertlər bu cür bəyanatların Krımın Rusiyaya məxsus olduğunu vurğulamaq üçün verildiyini bildirirlər.

Ekspertlər onu da qeyd edirlər ki, texniki baxımdan məsələ həll oluna biləndir, lakin bu addımın beynəlxlaq nəticələri təhlükəlidir.

Rusiya XİN rəsmisi Mixail Ulyanov deyib ki, “Rusiya öz ərazisində nüvə silahı yerləşdirmək hüququna malikdir və biz prinsipial planda çıxış edərək bildiririk ki, belə bir hüququmuz var”.

Ukrayna Xarici İşlər Nazirliyinin təmsilçisi Yevgeni Perebiynis isə Rusiyanı Budapeşt memorandumuna riayət etməyə çağırıb.

Qeyd edək ki, Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya arasında 1994-cü il dekabrın 5-də imzalanmış sözügedən memoranduma görə, nüvə dövlətləri, o cümlədən Rusiya Ukraynanın təhlükəsizliyi qarantını öz öhdəliyinə götürüb.