XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 16:23

Məhkəmə keçmiş baş nazirlə keçmiş merin eynikamerada saxlanılmasına icazə vermədi

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili ilə keçmiş paytaxt meri Qiqi Uqulavanın həbsxanada eyni kamerada saxlanılmasına icazə verməyib. Məhkəmə bu şəxslərin adının eyni işdə təqsirləndirilən şəxs kimi keçdiyini əsas gətirərək vəsatəti rədd edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vəkil Beka Basiliya məlumat verib. Vəkil vəsatətin rədd edilməsini insan hüquqlarının pozuntusu kimi qiymətləndirib: "Merabişvili və Uqulava bir ildən artıqdır ki, təkadamlıq kamerada saxlanılırlar. Bu, qeyri-insani rəftar, hətta ingəncədir».

V.Merabişvili bir neçə maddə üzrə, keçmiş mer Uqulava isə dövlət vəsaitlərini mənimsəməkdə və vəzifədən sui-istifadədə ittiham olunur.