XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 07:48

Brexit Britaniya kral ailəsini çaxnaşmaya salıb – II Yelizaveta yatırımlarını təcili başdan etməyiəmr edib

kralica

Məlumatlı qaynaqlar bildirir ki, AB-dən çıxmaq haqda tarixi Britaniya referendumundan sonra kraliça II Yelizaveta öz brokerinə bütün yatırımlarını təcili başdan etməyi əmr edib.

Strateq.az Amerika nəşrinə istinadən bildirir ki, ülyahəzrət deyib: “Hər şeyi təcili rədd et! ….ananı!”

Bildirildiyi kimi, kraliça uca səslə tələffüz etdiyi bu söyüşdən sonra yumruğunu əntiq masaya çırpıb. Kraliça əlavə edib: “Vaxtımız yoxdur,  bütün portfeli kim istəsə, onun üstünə tulla. Tərpən, ağzının suyunu axıtma!”

Bundan sonra kraliça müşavirlərilə məsləhətləşərək kral ailəsini bir yerə yığıb və bildirib ki, qənaət məqsədilə xidmətçiləri azad etməli və Bukingem sarayında təsərrüfat işlərini özləri aparmalı olacaqlar.