XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 12:25

“Türkiyə Aİ-nin üzvü olarsa,…” –Pol Qobldan ilginc iddia

turk avropa

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqında referendumun nəticələrindən biri kimi Aİ-nin üzvü ölkələri Türkiyənin ittifaqa mümkün üzvlüyünü həmişəlik təcrid edə bilərlər.

Bunu Trend-ə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl deyib.

Onun sözlərinə görə, Türkiyə Aİ-nin üzvü olarsa, bu, Avrozona ərazisinə daha çox miqrantın axın etməsinə gətirib çıxara bilər: "Bunun da nəticəsində Aİ-nin digər üzvləri ərazilərinə qaçqınların gəlməməsi üçün Aİ-ni tərk etməyə başlayacaqlar".