XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 14:58

Braziliya prezidenti bir ittiham üzrə"təmiz çıxdı"

Braziliya Senatının müstəqil müfəttişləri prezident Dilma Russefin vergi saxtkarlığına yol verdiyini təsdiq edən sübutlar tapmayıblar.

Qeyd edək ki, Russefin ölkə rəhbərliyindən müvəqqəti uzaqlaşdırılmasının bir səbəbi də bu ittiham idi.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın Hesablama Palatası Russefin 2014-2015-ci illərdə vergi pozuntularına yol verməsindən şübhələnir.

Prezident dövlət banklarındakı vəsaitlər hesabına əməliyyatlar aparmaqda, həmçinin büdcənin xərclər hissəsini parlamentin razılığı olmadan artırmaqda da ittiham olunur.

Müfəttişlərin hazırladığı 223 səhifəlik hesabatda Russefin müxalifətin iddia etdiyi kimi, 1 milyard dollardan çox vəsaitin köçürülməsində iştirakı təsdiqlənmir.

Lakin o məlum olub ki, prezidentin büdcə xərclərini artırmaqla bağlı 3 sərəncamı parlamentlə razılaşdırılmayıb.

Xatırladaq ki, Russef ötən ayın ortalarında 180 gün müddətinə öz postundan kənarlaşdırılıb. Hazırda onun səlahiyyətlərini vitse-prezident Mişel Temer icra edir. 

Bu il avqustun 1-i və ya 2-də Russefin impiçmenti ilə bağlı yekun qərar veriləcək.