Bu gün Türkiyədə terror aktı törədilib.
PKK terrorçuları Diyarbəkrin Diclə qəsəbəsində Ergani prospektində yerləşən xəstəxana yaxınlığında içərisinə partlayıcı yerləşdirilmiş avtomobili partladıblar.
Partlayış nəticəsində 2-i polis olmaqla, 8 nəfər yaralanıb. Yaralanan polislərdən birini həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində ətrafdakı evlərə və iş yerlərinə ciddi ziyan dəyib.
Partlayışın baş verdiyi ərazinin giriş və çıxışları bağlanıb, bölgədə əməliyyata başlanılıb.
APA