XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 16:18

“Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?!” –Kılıçdaroğlundan Ərdoğana sərt ittihamlar

kilicdaroglu

Türkiyənin ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.

Kılıçdaroğlu CHP parlament fraksiyasının bu gün keçirilən toplantısında R. T. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub göndərməsinə toxunaraq hazırkı hakimiyyətin xarici siyasəti daxili siyasətə alət etdiyini bildirib:

Bu ölkənin daimi mənafeləri var. Xarici siyasət milli olmalıdır. Amma bunlar xarici siyasət məsələlərindən daxili siyasətdə öz məqsədləri üçün istifadə edirlər. Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan “üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Öncə aslan kimi kükrəyirdilər, indi isə pişik kimi miyoldayırlar”. 

APA