XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 08:35

Nəhəng enerji şirkətləri İranla danışıqlara başlayıb

sirket iran.jpg

Beynəlxalq enerji şirkətləri ilk dəfə olaraq İranla danışıqlara başladıqlarını təsdiq ediblər.

Strateq.az bildirir ki, bu barədə Financial Times qəzeti xəbər yayıb. Bu şirkətlər İranın enerji sahələrinə investisiya qoymaq üçün apardıqları danışıqlarda nüvə məsələsinin uğuruna inandıqlarını bildiriblər.

Shell, Eni, Total, və “LUKoyl” artıq Tehranla ilkin danışıqları aparıblar. Qəzetin məlumatına görə, İran xarici şirkətlərə təqdim etmək üçün daha əlverişli şərtlər əks olunmuş müqavilələrin layihəsini hazırlayır.

İranla nüvə danışıqlarının son raundu iyunun 30-da başlanır. Əgər İran məhdudiyətlərə razı olarsa onun üzərinə qoyulmuş bütün sanksiyalar ləğv olunacaq.