XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 08:50

Dövlət Departamenti Hillari Klintonun 15 məktubunu itirib

klinton hill.jpg

ABŞ Dövlət Departamenti eks dövlət katibi Hillari Klintonun 15 elektron məktubunu tapa bilmir.

Strateq.az “Röyter”ə istinadən bildirir ki, Dövlət Departamentində bu məktubların necə yoxa çıxdığını izah edə bilmirlər. “Bu 15 məktubun məzmunu 2012-ci ildə Benqaziyə hucumla heç bir əlaqəsi yoxdur”-deyə qurumdan bəyan ediblər.

Dövlət katibi olarkən Klintonun şəxsi elektron poçtundan istifadə etməsi onun siyasi rəqibləri tərəfindən kəskin tənqid olunub. Nəticədə Hillari Klinton bütün işgüzar yazışmalarını yoxlamaq üçün Dövlət Departamentinə verməyə məcbur olub.