XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 10:41

Türkiyə baş naziri hadisə yerində olub:"Qurbanlarının arasında xarici vətəndaşlar da var"

Türkiyənin baş naziri Binəli Yıldırım məlum terror aktı ilə əlaqədar müavini Numan Kurtulmuş və daxili işlər naziri Əfqan Ala ilə birgə İstanbuldakı Atatürk Hava Limanına gəlib.

Qanlı hadisə ilə bağlı açıqlama verən baş nazir bildirib ki, terror aktında 36 nəfər həlak olub, çox sayda insan yaralanıb. Onların arasında xarici vətəndaşlar da var: "Günahsız insanları hədəf alan alçaqcasına bir hücumdur".

B.Yıldırım deyib ki, ən qısa zamanda terror aktı ilə bağlı ətraflı məlumat veriləcək. O diqqətə çatdırıb ki, əlamətlərinə görə, bu terror İŞİD tərəfindən törədilib.