XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 09:21

Koçaryan Moskvadadır: “Gərgin vəziyyəti pisləşdirməmək üçün hələlik susur”

kocaryan.jpg

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Yerevanda baş verənləri diqqətlə izləyir.

Strateq.az bildirir ki, bu barədə Koçaryanın ofisinin rəhbəri Viktor Soqomyan bəyan edib.

Onun sözlərinə görə, Koçaryan hələ ki, enerji tariflərinin qiymətinin qaldırılması ilə bağlı rəyini açıqlamaq istəmir. “O, onsuz da gərgin olan situasiyanı dərinləşdirmək istəmir. Amma gələcəkdə Koçaryan hökmən bu və digər məsələlər barədə öz mövqeyini bildirəcək”-deyə Soqomyan vurğulayıb.

Ofis rəhbəri bildirib ki, Koçaryan hazırda Moskvadadır. Eks prezident “Sistema” şirkətinin səhmdərlarının içlasında işitrak edir. Koçaryan bazar günü Ermənistana qayıdacaq.