XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 15:12

“Rosneft” Azərbaycan üzərindən İranabenzin ixrac edəcək

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” 2017-ci ildən Azərbaycan üzərindən İrana benzin ixrac etmək niyyətindədir. İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları vasitəsilə həyata keçiriləcək.

“Rosneft”in törəməsi “Petrocas Energy Group” şirkəti (səhmlərinin 49 faizi “Rosneft”ə məxsusdur) Cənubi Qafqaz dəhlizi üzərində logistik terminal tikməyi planlaşdırır.

“Petrocas Energy Group”un baş direktoru Vano Nakaidze bildirib ki, şirkət benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac etməyi nəzərdə tutur. İxrac əməliyyatı şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək.

“İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək. Xəzərdəki digər limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan tankerlərlə İrana yola salınacaq”, – deyə V. Nakaidze əlavə edib(azərtac).