XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 17:31

Rusiya müdafiə naziri ABŞ-ı hədələdi:"Cavab tədbiri görməyə məcbur olacağıq”

soyqu67

Rusiya sərhədləri yaxınlığında NATO hərbçilərinin hazırlığı iki dəfə intensivləşib.

Strateq.az RİA-ya istinadən bildirir ki, bu barədə Rusiya müdaifə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, ABŞ və alyansın digər ölkələrinə məxsus hərbi gəmilər Qara və Baltik dənizi hövzəsinə mütəmadi olaraq daxil olurlar.

Şoyqu qeyd edib ki, NATO-nun Rusiya sərhədlərində fəallığının artması, həmçinin Şərqi Avropada raket əleyhinə müdafiə sistemini qurması Moskvanı cavab tədbirləri görməyə məcbur edir.     

“Qərbli həmkarların belə hərəkətləri Avropada strateji sabitliyin dağıdılmasına aparır”, -deyə Şoyqu Müdafiə Nazirliyinin iclasında bildirib.

 Nazirin sözlərinə görə, NATO Şərqi Avropada 1200 hərbi texnika, o cümlədən 30 təyyarə, 1000-dən artıq hərbi qulluqçu yerləşdirib.