XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 15:12

İran ABŞ-n insan hüquqları ilə bağlı hesabatını rədd edib – AÇIQLAMA

efxem.jpg

İran insan haqlarının pozulması ilə bağlı ABŞ Dövlət Departamentinin hesabatını rədd edib.

Strateq.az İran dövlət televiziyasına istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm hesabatda İranda insan haqlarının pozulması ilə bağlı iddiaları digər ölkələrin daxili işlərinə müdaxilə etmək və təzyiq göstərmək üçün bir vasitə adlandırıb.

İran ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatda İranda insan haqlarının pozulması ilə bağlı iddialarını qəbuledilməz hesab edir.
“İran İslam Respublikasının əhalisinin 73 faizdən çoxunun səsi ilə seçilmiş prezident Puhani seçkiöncəsi vədlərinin reallaşdırılması, əhalinin vətəndaş haqlarının qorunması məqsədilə “vətəndaş hüquqları nizamnaməsi”ni ictimaiyyətin müzakirəsinə çıxartdı. Bunun müqabilində insan haqlarının pozulması ilə bağlı ən çox hal ABŞ-ın özünə aiddir. Belə ki, bu ölkədə qaradərililərə qarşı irqçi münasibət elə bu hesabatın hazırlandığı ildə xeyli pisləşib. Eyni zamanda ABŞ-ın regiondakı müttəfiqləri də region xalqlarına qarşı ən geniş və çirkin cinayətlərə yol verirlər“-deyə Əfxəm bildirib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü bildirb ki, Amerikada çoxlu sayda insan haqlarının pozulması halı o cümlədən irqçiliyin artması, afroamerikanlara qarşı ayrı-seçkiliyin dərinləşməsi, islamofobiya, polisin bu ölkə vətəndaşlarına qarşı eybəcər davranışları ABŞ-ın insan haqları ilə bağlı həqiqi simasını ortaya qoyur.