XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 07:16

Türkiyənin müdafiə naziri: “Azərbaycan güclü orduya malikdir”

Türkiyənin müdafiə naziri: “Azərbaycan güclü orduya malikdir”

“Dost və qardaş Azərbaycan Türkiyənin Qafqazdakı təbii müttəfiqidir, ortaq dil, din, qədim tarix və mədəni dəyərlərə sahib münasibətlərimiz qarşılıqlı cəhdlər və sarsılmaz iradə əsasında inkişaf etməkdədir”.

APA-nın “timeturk.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı Ankarada təşkil olunmuş tədbirdə deyib.
İsmət Yılmaz bildirib ki, Azərbaycan güclü orduya malikdir və Dağlıq Qarabağ probleminin sülh yolu və beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli üçün ciddi səylər göstərir. İki ölkə münasibətlərinin strateji işbirliyi mərhələsində olduğunu söyləyən nazir Azərbaycanın müstəqillik əldə etdikdən sonra Türkiyə ilə ən səmimi, ən yaxın münasibət quran dövlətlərdən olduğunu vurğulayıb: “Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərimizdə xüsusi yer tutmaqdadır. Hərbi əməkdaşlığımız təkcə silahlı qüvvələrin inkişafı baxımından deyil, bölgədə sülh, sabitlik, təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır”.