XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 07:20

Erməni ailəsini güllələyən rus əsgərini Ermənistan cəzalandıracaq

Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeriy Permyakovun cinayət işi Ermənistana təhvil verilib.

Azvision. az xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Xəbərə əsasən cinayət işi ilə bağlı materialların Ermənistana təhvil verilməsi iki ölkə arasında mövcud olan anlaşmaya əsasən həyata keçirilib.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb. Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.