XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 10:12

Saakaşvilidən İvanişviliyə yeni ittiham –Sabiq prezidentdən "Atatürk"ü qana boyayan terrorçulardan bir haqda açıqlama

saakashvilli

İstanbul aeroportuna hücumda şübhəli bilinən əslən Çeçenistandan olan Əhməd Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.

Bu barədə hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixael Saakaşvili öz "Facebook" səhifəsində bildirib.

M. Saakaşvili qeyd edib ki, Ə. Çatayev 2012-ci ildə azadlığa buraxılıb: “Biz hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Ə. Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı həlak olmuşdu. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət isə onu siyasi məhbus hesab etdiyi üçün azadlğa buraxdı".

Dünən Rusiya Silahlı Qüvvələrindəki mənbə Ə. Çatayevin dəfələrə həbsdə olduğunu açıqlayıb. Bu ilin yanvarında isə Rusiya Milli Anti-terror Komitəsi Ə. Çatayevin İŞİD-in Avropa və Rusiyada terror aktları həyata keçirmək üzrə xüsusi birləşməsinin komandiri olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.

Xatırladaq ki, Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb.

Onlardan 3-ü əcnəbidir. 

APA