XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 11:10

“Böyük Britaniya Avropa Birliyindən çıxana qədər onunla heç bir müzakirə aparmayacağıq” –AB-dən açıqlama

Belgium EU Britain

"Böyük Britaniya Avropa Birliyindən çıxana qədər onunla heç bir müzakirə aparmayacağıq".

Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının Ticarət üzrə komissarı Sesiliya Malmstrem söyləyib.

Onun sözlərinə görə, AB-dən çıxdıqdan sonra Londonla Brüssel arasında olan ticarət əlaqələri Dünya Ticarət Təşkilatının qaydaları ilə tənzimlənəcək(Axar.az).

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniya əhalisi Avropa Birliyindən çıxmağa səs verib. Bu, AB-də böyük təəccübə səbəb olub. Brüssel Londondan ittifaqı tez tərk etməsini istəyib.