Rusiyadan Türkiyəyə çarter reysləri 7 iyuldan etibarən bərpa olunacaq.
Strateq.az RİA-ya istinadən bildirir ki, bu barədə Türkiyə mülki aviasiya şirkətinin baş direktoru məlumat verib.
“İdarə bildirir ki, iyulun 7-dən etibarən uçuşlar bərpa olunur. Həmin gün 17 reys həyata keçiriləcək”, – deyə şirkət öz rəsmi tvitter səhifəsində elan edib.
Prezident Putin cümə axşamı Türkiyəyə qarşı məhdudiyyətlərin götürülməsi ilə bağlı sərəncam verib.