Onun əri – keçmiş mer də bu qruplaşmanın əlində həlak olub
Meksikanın Herrero ştatında başı kəsilmiş Aida Navanın – iyunda keçiriləcək yerli seçkilərə namizədliyini vermək niyyətində olan siyasətçinin meyidi tapılıb.
Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Navanın bədəni ştatın paytaxtı çilpansinqonun ətrafında yolda aşkarlanıb. O, çərşənbə günü itkin düşmüşdü. Meyidin yanında “Cızığı gözləməyən bütün siyasətçilərlə belə olacaq” yazısı tapılıb. Qeydə “Los Royos” qruplaşması imza atıb. Xarici nəşrlər yazır ki, o, ştatdakı ən iri cinayətkar qruplaşmalardan biridir.
Qruplaşma keçən il Navanın oğlunu oğurlamışdı. Onun əri – keçmiş mer də bu qruplaşmanın əlində həlak olub. Herrero ştatı Meksdikada ən təhlükəli ştatlardan biri sayılır.