XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 21:55

“İranla anlaşma asan olmayacaq…”

“İranla anlaşma asan olmayacaq...”

“Tərəflər həlledici cəhdlər göstərirlər ki, anlasınlar ki, yekun anlaşma mümkündür, ya yox”

Tehranın nüvə proqramı ilə bağlı anlaşmasına nail olmaq üçün İran və “altılıq” ölkələri hələ çox iş görməlidir.
Bu varədə ABŞ-ın dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən qabaq bildirib.
Onun sözlərinə görə, tərəflər həlledici cəhdlər göstərirlər ki, anlasınlar ki, yekun anlaşma mümkündür, ya yox.
“Bizi hələ çox və ağır iş gözləyir. Bəzi olduqca ağır problemlər hələ ki, qalır”, – deyə Kerri qeyd edib. öz növbəsində İran XİN başçısı Kerri ilə razılaşıb və irəli getmək üçün hələ çox işlər görülməli olduğunu deyib.
“Biz bunun mümkün olması üçün hər şey etməyə hazırıq. Ancaq bu, bir sıra faktorlardan asılıdır və biz onlarla məşğul olacağıq” – deyə Məhəmməd Cavad Zərif bildirib.
ANS PRESS