Suriyada Bəşər Əsəd ordusu Latakiya əyalətində strateji vacib şəhər olan Kensabunu itib.
Üsyançılar dağlıq ərazidə bu mühüm strateji nöqtə üzərində nəzarəti ələ alıb.
Bu barədə Reuters məlumat yayıb. Bildirilib ki, şəhəri Ən-Nusrə cəbhəsinin döyüşçüləri ələ keçirib.
Kensabu Türkiyə sərhəddi yaxınlığında yerləşir. Əvvəllər üsyançıların nəzarətində olsa da, fevral ayında Əsəd ordusu Rusiya aviasiyasının dəstəyi ilə şəhəri ələ keçirmişdi.
azadlıq.info