XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2016 - 10:26

Britaniya 2020-ci ilə qədərki büdcə profitihədəfini dəyişir

"“Brexit”dən sonra Britaniyanın 2020-ci ilə qədərki büdcə profiti hədəfi dəyişəcək".

Bu haqda Britaniyanın maliyyə naziri Corc Ozborn açıqlama verib.

Nazirin sözlərinə görə, bu vəziyyətdə məsləyə realistik yanaşmaqda fayda var. “Brexit”dən sonra Birləşmiş Krallıq iqtisadiyyatı şok vəziyyətindədir və on illiyin sonuna qədər olan hədəflərə çatmaq mümkünsüz görünür. Bu iqtisadi çətinliyə necə cavab verilməsi iqtisadi böyümə və məşğulluğa təsir edəcək. Belə vəziyyətdə maliyyə etibarlılığının təmin edilməsi, qoyulan hədəflərə çatmaqdan daha vacibdir(azərtac).