XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 13:16

Fransada “erməni soyqırımı”nı inkar edənlərihəbs gözləyir

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) iyulun 1-də hökumət tərəfindən “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə təklif olunan və uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan düzəlişi qəbul edib.
 
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, düzəliş bəşəriyyətə qarşı baş vermiş cinayətləri inkar edənlərə və ya onun əhəmiyyətini azaltmaq istəyənlərə münasibətdə cəza tətbiqini nəzərdə tutur. Qanun layihəsində xüsusi olaraq "erməni soyqırımı" da bu cinayətlər sırasına aid edilib. Düzəlişə əsasən qanunu pozanları 1 illik həbs cəzası və ya 45 min avro məbləğində cərimə gözləyir.
 
Qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək.
 
Xatırladaq ki, 2012-ci ilin fevralında analoji qanun layihəsini ölkənin Konstitusiya Şurası rədd etmişdi. Yeni düzəlişin təşəbbüskarı Fransa prezidenti Fransua Ollanddır.