XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyul 2016 - 15:00

Maliyyə naziri:"Bu, "öldürücü qərar” olar"

Çexiyanın maliyyə naziri və ANO hərəkatının lideri Andrey Babiş ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması barədə referendum keçirilməsinin əleyhinə çıxaraq deyib ki, bu, “öldürücü qərar” olacaq.

TOP 09 partiyasının lideri Miroslav Kalousek isə bəyan edib ki, Miloş Zeman milli təhlükəsizlik üçün təhdid mənbəyidir. O, öz bəyanatını şərh edərək deyib: “Ehtimal etmək olardı ki, prezident Miloş Zeman Okamura və Mahaya qoşulacaq və referendumu dəstəkləyəcək. Amma Miloş Zemanın NATO-dan da çıxmaq təklifi hətta onun kimi Şərq yönümlü populist üçün də gözlənilməzdir. Hər iki referendum Çexiyanın son onilliklərdə xarici və müdafiə siyasətinin əsas prioritetlərini zərbə altına qoyur”(azərtac).