XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 İyul 2016 - 16:41

Minlərlə londonlu Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz edir

Londonun minlərlə sakini Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına etiraz əlaməti olaraq şəhərin mərkəzinə toplaşıb.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçılar iyunun 23-də keçirilən referendumun nəticələrindən narazı qalan 40 min nəfərin Britaniya paytaxtının mərkəzindən keçərək parlament binasına tərəf gedəcəklərini bildirib.

Londonda analoji aksiya bir neçə gün bundan əvvəl də keçirilmişdi. O vaxt “Trafalqar” meydanında nəzərdə tutulan nümayış təhlükəsizlik səbəbindən ləğv edilsə də, iştirakçıların əksəriyyəti yürüşə qatılmışdı.

“Avropa naminə yürüş” adlanan bugünkü aksiyada referendumda Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verən vətəndaşlar, o cümlədən məmurlar, siyasətçilər, biznes nümayəndələri və ictimai təşkilatlar iştirak ediblər.

Paytaxt polisinin verdiyi məlumata əsasən, aksiyanın gedişində heç bir qanun pozuntuna rast gəlinməyib.