XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 17:20

Qırğızıstanda villaların, bahalı avtomobillərin sahiblərindəndaha çox vergi tutulacaq

Qırğızıstan hökuməti villaların, bahalı avtomobillərin sahiblərindən daha çox vergi tutulması təklifini irəli sürüb.

Bu məsələ ilə bağlı hazırlanan qanun layihəsinə görə, əmlakın böyüklüyü və zənginliyindən asılı olaraq verginin miqdarı dəyişəcək. Belə ki, 200 kvadratmetrdən çox mənzil sahəsi üçün əmlakın dəyərinin 0,5 faizi, 300 kvadratmetrdən artıq mənzil sahəsi üçün isə 0,8 faizi məbləğində vergi tutulacaq.

Avtomobillər üçün verginin miqdarı isə istehsal ili və mühərrikin həcminə görə müəyyən olunacaq.

Qanun layihəsi müzakirə edilməsi üçün Qırğızıstan hökumətinin rəsmi saytında yerləşdirilib(azərtac).