XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 21:01

Talibanın yeni lideri ABŞ-a səsləndi:“İşğalı bitirin!”

Axubdzadə

"Amerika işğalçılarına və müttəfiqlərinə mesajımız budur: Əfqanıstan müsəlmanlarını nə sizin hərbi qüvvəniz, nə də hiyləgərliyiniz qorxudur. Onların həyatlarının ən əziz hədəfi sizinlə döyüşərək, şəhid olmaqdır".

Strateq.az xəbər verir ki, bu sözləri Talibanın yeni lideri Heybətullah Axundzadə Amerikaya xitabən söylədiyi video-çıxışında dilə gətirib. Bu gün yayılan video-çarxda o, ABŞ ordusundan Əfqanıstan işğalını bitirməsini tələb edib.

Ramazan bayramı ərəfəsi hazırlanan videoda ABŞ-ı bölgədəki gücünün təsirsiz olduğunu qəbul etməyə, gerçəklərlə razılaşmağa səsləyən Axundzadə deyib: "Siz bir qrup və ya fraksiya ilə deyil, bir millətlə qarşı qarşıyasınız və Allahın iznilə bu yerləri qazanmadan tərk edəcəksiniz".

Axundzadənin bu cəsarətli çıxışı Taliban lideri seçiləndən bəri yayımlanan ilk müraciətidir.

Videonun Əfqanısatın müxtəlif yerlərində, o cümlədən Kabildə 32 əfqan polisinin öldürüldüyü və 78 nəfər yaralandığı hücumlardan iki gün sonra yayılması da diqqəti cəlb edir.