XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 10:21

Kuba inqilabının lideri Fidel Kastro yazır:“İnqilaba 82 nəfərlə başlamışam”

Strateq.az Kuba inqilabının əfsanəvi lideri Fidel Kastronun bir neçə il bundan əvvəl yazdığı yazını təqdim edir. Fidel Kastro Kuba inqilabını necə qalibiyyətlə başa çatdırmasından, ABŞ-la aramsız mübarizəsindən, ABŞ prezidentlərinin ona qarşı tətbiq etdiyi terror siyasətindən, əfsanəvi Çe Gevara ilə qolf oynamasından və atasının çox varlı insan olmasından yazır. Tarix üçün ibrət yazılarındandır Fidelin bu yazısı… 

fidel2

Burada dediklərim yəqin ki, hamının ürəyincə olmayacaq. Lakin mən fikirləşdiklərimi söyləmək niyyətindəyəm və bunu başqalarına hörmət qarşılığında edəcəm.

Mən kasıb doğulmamışam. Atamın min hektarlarla torpağı vardı. Lakin indi namusumla söyləyirəm ki, Buşun bəyanatlarının əksinə olaraq, mənim bir dollarım da yoxdur. Mənim bütün var-dövlətim onun kraxmallı köynəyinin cibinə sığışa bilər. Və əgər nə vaxtsa pullarımı önləyici hücumlardan və dünya terrorizmi ilə mübarizədən qorumaq üçün etibarlı yer axtarsam, mütləq cənab Buşdan sevimli cibini ixtiyarıma buraxmasını xahiş edəcəm. Və əgər mənim var-dövlətim Buşa həddən artıq çox gəlirsə, cibini icarə vermək qarşılığında hər şeyimi ona hədiyyə edirəm.

Altıncı-yeddinci sinifdə oxuduğum illəri xatırlayıram. 12, ya 13 yaşım vardı. Anadan olduğum kənddə elektrik xətti yox idi və ora yalnız palçıqlı yol boyu atla getmək olardı. Santyaqoda – Kuba internatında oxuduğum ilin çox hissəsini sanki ciddi seksual aparteidə məruz qaldığımı hiss edirdim. Ayrı-ayrı məktəblərdə təhsil alan oğlanlarla qızlar arasında sonsuz məsafə vardı. Bununla razılaşmaq çox çətin idi.

İnqilaba 82 nəfərlə başlamışam. Bunu təkrar etməli olsaydım, mənə 15, bəlkə hətta 10 nəfər də bəs edərdi. 10 nəfər adam və mütləq inam. Sizin neçə nəfər olmanızı zərrə qədər də əhəmiyyəti yoxdur. Ən əsası, inam və dəqiq plandır.

Qələbə – inadkarlıqdır.

fidel

Mən marksist-leninçiyəm və ömürümün sonunadək bu cür qalacam.

Əgər sui-qəsddən sonra sağalmaq Olimpiada yarışlarına daxil olsaydı, mən qızıl medala layiq görülərdim.

Amerika prezidentləri və bu vəzifəyə namizədlər içərisində Kubaya qarşı şiddətli terror siyasəti yürütməyən yalnız birini tanıyıram: bu, Ceyms Karter olub. Digərlərindən fərqli olaraq, onun heç vaxt məni öldürmək əmri verməyəcəyinə əminəm. O, Kubaya münasibətdə dostyana addım atan yeganə ABŞ prezidenti olub.

Amerikanın yalan qalağı sırasında yeganə həqiqi söz Kubanın Birşləşmiş Ştatların qitə ərazisindən 90 dəniz mili məsafəsində yerləşməsidir.

Varlı və çiçəklənən millətlərin ən mükəmməl silahı təhsilsizi, xəstəni, kasıbı və acı asanlıqla məhv edə bilər, amma o, cahilliyin, xəstəliyin və aclığın öhdəsindən gələ bilməz.

Dünya indi çox maraqlı dövran yaşayır və onun bu vəziyyətdən necə çıxacağını izləmək maraqlı olardı.

Bəşəriyyətin xilası üçün nəsə etmək lazımdır! Amma öndə cavanlar getsə, hər şey məhv olacaq. Kapitalizm iyrəncdir. O, müharibələrə, riyakarlığa və rəqabətə səbəb olur.

Özümü həmişə xoşbəxt adam saymışam, heç olmasa ona görə ki, uyğun siyasi nəzəriyyə tapmışam, Kuba siyasi böhranının burulğanına düşmüşəm və özüm üçün marksizmi açmışam. Bütün bunlar meşədə azmış birisinin gözlənilmədən xəritə tapmasına bənzəyir. Məni qisascıl saymaları xoşuma gəlmir. Mən olsa-olsa döyüşçüyəm. Mən teleskopik nişangahdan və avtomatik tüfəngdən istifadə etməyi bacarıram.

Mən yaşadığım ideyalarla İsa peyğəmbərin yaşadığı ideyalar arasında heç vaxt ziddiyyət görməmişəm.

Mən kubalıyam. Amma Uqo Çaves məndə irqlərin qarışdığını hesab edir. Əslində, onunla bir az razıyam. Damarlarımdan həqiqətən, bir az hindu, bir az kanar, bir az kelt və heç təxmin etmədiyim digər qan axır.

Kuba müstəqil və suveren ölkədir. Və Avropa İttifaqı onu özünə bərabər saymırsa, kökündən səhv edir. Bizim ölkəmiz sözün məcazi mənasında cənnətdir. Və mən həmişə söyləmişəm – cəhənnəmdə yaşamaqdansa, cənnətdə ölməyə razıyıq.

İnqilab qızılgül ləçəklərinə bürünmüş çarpayı deyil. Bu, keçmişlə gələcək arasında həyatına deyil, ölümünə mübarizədir.

Əgər ideyaları insanlar dəstəkləyirsə, onun silahın köməyinə ehtiyacı yoxdur.

Hələ lap çoxdan Çe (Çe Gevaranı nəzərdə tutur – Red) ilə qolf oynadığımız yadımdadır. Amma ağlınıza başqa şey gəlməsin. O, nə vaxtsa keddi işləyib – varlılara top və qarmaq daşıyıb. Yalnız bu. Çe ideya adamıydı.

Ernesto Che Guevara and Fidel Castro

Vətən bəşəriyyətdir.

Zənnimcə, insan illərin onu üstələdiyini və ürəyini alovlandıran tonqalın şönükləşdiyini hiss edəndən sonra onun üçün yaşamın heç bir mənası qalmır.

İndi xəstə olduğum vaxtlarda çoxlarını mən sağaldıqdan sonra bəzilərinin hakimiyyət adlandırdığı bir yerə qayıdandan sonra nə edəcəyim maraqlandırır. Həqiqətən də, mən nə edəcəm? Gecəmi-gündüzümə qatıb mübarizə aparacam, necə ki, ömrüm boyu belə etmişəm.

fidel1

İndi hər bir insanın ahıl yaşlarında etməli olduğu şeylərlə məşğulam – düşüncələrə dalmaq və müəyyən əhəmiyyət kəsb edən şeylər haqda yazmaq. Əlimin altında çoxlu tamamlanmamış material var. Film və şəkillər üçün vaxtım yoxdur. Saqqalımı və bığımı qırxmağa da vaxtım yoxdur. Mənim hər gün özümə bəzək-düzək verməyə belə vaxtım yoxdur. Qocalıqda bütün bunlar öz əhəmiyyətini itirir. Sağlamlığım o qədər də pis deyil, çəkim də stabil qalıb  – 80 kiloqrama yaxın.

Nə qədər yaxşı görünürəmsə, bir o qədər çox müsahibə götürmək istəyirlər.

Düşüncələrimin qısa olmasına çalışıram.

Onlar nə mətbuatda, nə də televiziya verilişlərində çox yer tutmalıdır. Mən bildiyim hər şeyi tənqid atəşinə tuta bilmərəm, çünki əks halda beynəlxalq əlaqələrdən söhbət belə gedə bilməzdi. Lakin bir şüara həmişə sadiq qalacam: heç vaxt yalan yazmamaq.

fidel3

İdeyalar insanla birgə doğulmur və onunla birgə torpağa gömülmür. Mən indiyəcən imperialistlərin niyyətlərini, onun dünyanı, təbii və insan ehtiyatlarını bütövlükdə ələ almaq istəyini və buna görə ətirli kağız əskinaslarından keçməyə hazır olduqlarını aydın şəkildə hiss edirəm. Bəzən gündəlik mübarizəmdə fasilələr edirəm. Hisslər biliklərdən əhəmiyyətlidir. Zənnimcə, hamımız nisbətən cavan yaşlarında istefa verməyi bacarmalıyıq…