Banqladeşin paytaxtı Dəkkə şəhərində 20 nəfər xarici vətəndaşın ölümünə səbəb olan terror aktını yerli “Camaatul-Mucahidin” terror təşkilatının üzvləri törədiblər.
Bu barədə ölkənin daxili işlər naziri Asaduzzaman Xan məlumat verib. O qeyd edib ki, bu terror təşkilatının İŞİD-lə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl İŞİD qruplaşmasının Dəkkədəki hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü(azərtac).