XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 09:00

ABŞ Ukraynaya hərbi texnika verməyi qət etdi

Texnikanın dəyəri 75 milyon dollar həcmindədir

Картинки по запросу co bayden

ABŞ vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətində bildirib ki, ölkəsi Ukraynaya hərbi texnika göndərəcək.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, hərbi texnikanın ilk partiyası ən yaxın həftələrdə yola salınacaq.

Ehtimal olunur ki, ABŞ Ukraynaya bir neçə kiçik pilotsuz Raven təyyarəsi, yüksək keçid qabiliyyətli 30 zirehli avtomobil və s. verəcək. Bütün yardımlar qeyri-letaldır.

Pilotsuz aparatlar və digər avadanlıqlar 75 milyon dollar dəyərindədir.

Rəsmi Kiyev ABŞ-dan yardım almasını təsdiqləyib.