XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 İyul 2016 - 23:29

Putin “yeni SSRİ”-dən danışdı:“Avrasiya İttifaqının ümumi məkanı üçün vahid siyasət formalaşır”

putin elita02.jpg

“Rusiyanın əsas prioritetlərindən biri Avrasiya məkanında strateji əməkdaşlığı möhkəmləndirməkdir. Biz Belarus, Qazaxstan, Ermənistan və Qırğızstanla birgə böyük miqyaslı Avrasiya İqtisadi İttifaqı layihəsini reallaşdırırıq”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vadimir Putin diplomatların illik toplantısı zamanı etdiyi çıxışında deyib.

Putinin sözlərinə görə, bu İttifaq çərçivəsində ticarət və yatırım qarşısında bütün baryerlər aradan götürülür: “Avrasiya İttifaqının  ümumi sosial-iqtisadi məkanı üçün vahid siyasət, vahid standart formalaşır”.

Rusiya prezidentinin sözlərinə görə, İttifaq bütün ölkələrlə azadlıq və şəffaflıq prinsipləri əsasında əməkdaşlıqda maraqlıdır. Putin qeyd edib ki, hazırda Avrasiya İqtisadi İttifaqında azad ticarət zonasının yaradılması üçün 40-dan artıq dövlətlə məsləhətləşmələr aparılır.