XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 23:54

Medvedev:"Biz heç kimə “Türk şirkətləri geri dönür, siz gedin" deməyəcəyik"

medved

Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyə ilə münasibətlərin yenidən qurulması ilə bağlı fikirlərini bölüşüb.

“Rusiya 24” telekanalına müsahibə verən baş nazir Moskva hökumətinin Ankara ilə bütün sahələrdəki əlaqələrə yenidən baxacağını deyib: “Nazirlər və baş nazir köməkçisi bununla məşğul olacaq. Şəxsən mən də müzakirələrə hazıram”.

Rusiya vətəndaşlarına yay aylarında Türkiyəni ziyarət etmə imkanı yaradılmasının vacib olduğunu deyən Medvedev Türkiyəyə təhlükəsizlik tədbirlərini artırmağı məsləhət görüb: “Türkiyə terror hücumuna məruz qaldı və təəssüf ki, bu ilk dəfə olmadı. Bu səbəbdən təhlükəsizlik məsələsi ön planda olmalıdır”.

Digər tərəfdən Medvedev Türkiyə də daxil olmaqla heç bir ölkənin maraqları üçün iqtisadiyyatda dəyişiklik etməyəcəklərini bildirib: “Əlbəttə, yaxşı niyyətlərlə bazarımıza daxil olanlara “Türk şirkətləri geri dönür, siz getmək məcburiyyətindəsiniz”, deməyəcəyik. Hər şey olduğu kimi davam edəcək”.

Axar.az