XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 05:39

Erməni baş nazir: “Ölkədə sabitliyi pozan qüvvələr baş qaldırıb”

ermeni aksiya02.jpg

“Yerevanda keçirilən etiraz aksiyasında ölkədə sabitliyi pozamağa çalışan qüvvələr mövcuddur”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın baş naziri Ovik Abramyan xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, həmin qüvvələrin məqsədi enerji tariflərinə etiraz deyil, vətəndaş qarşıdurmasına nail olmaqdır. “Onlar üçün sosial və iqtisadi məsələlərin həlli yox, naməlum və perspektivi olmayan cəhdlər prioritetdir. Mən vətəndaşları qanuna zidd addımlar atmaqdan çəkinməyə çağırıram”.

Qeyd edək ki, gecə Baqramyan küçəsindəki etiraz aksiyasına polis müdaxilə etmək istəyib. Tanınmış şəxslərin canlı zəncir qurması və aparılan danışıqlar nəticəsində polis hərəkəti dayandırıb.

Gecə ABŞ səfirliyi bəyanat yayaraq hakimiyyəti demokratik prinsiplərə və insan hüquqlarına riayət etməyə çağırıb.