Suriyanın şimalında, Türkiyə ilə sərhəddə möhkəmlənən İŞİD terrorçularına qarşı əməliyyat keçirilib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin artilleriyası terrorçulara məxsus 68 hədəfi məhv edib.
Nəticədə 14 terrorçu öldürülüb, 3 avtomobil və qərargah kimi istifadə olunan bina dağıdılıb.
Koalisiya təyyarələri əməliyyata havadan dəstək verib.
Axar.az