XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 16:51

NATO- nun Varşava sammiti çadırda keçiriləcək:Dünya liderləri Polşaya toplaşır

nato sammit

NATO- nun 8 – 9 iyul tarixində keçiriləcək Varşava sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək.  

Strateq.az Polşa mətbuat agentliyinə istinadən bildirir ki, sammitə NATO üzvü olan 28 dövlət, 26 tərəfdaş dövlət, BMT rəsmiləri, Dünya Bankının nümayəndələri qatılacaq. Bütövlükdə 2103 nəfər qeydiyyatdan keçib.

Nümayəndələrin hamısı Varşava milli stadionunda qurulmuş böyük çadırda toplaşacaqlar. İçəridə iclas zalları, müxtəlif nümayəndə heyəti üçün otaqlar düzəldilib. Orada ABŞ prezidenti Obama üçün Oval kabinetinin oxşarı hazırlanıb.  

Dövlət başçılarının ilk görüşü iyulun 7-də Bakı vaxtı ilə 17.30-da başlanacaq. Həmin görüşdə NATO-nun şərq cinahının möhkəmləndirilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

Sammitin ikinci günü Əfqanıstanla bağlı diskussiyalar olacaq. Günün ikinci yarsında Avropa Birliyi ilə əməkdaşlıq məsələlərinə baxılacaq. İcasa Avropa Parlamentinin sədri Donald Tusk və Avropa Komisisyasının sədri Jan Klod Yunker qatılacaq. Sammit axşam saat 19.00-da başa çatacaq.

Toplanıtını işıqlandırmaq üçün 2 min jurnalist qeydiyyatdan keçib. Təhlükəsizliyi 6 min polis qoruyacaq.