XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 19:05

“Bu, Böyük Britaniyanın NATO-dakı roluna təsir etməyəcək” –NATO-nun baş katibi

nato

“Böyük Britaniyanın Avropa İttifaqından çıxması istisnasız olaraq London və Brüsselin öz münasibətlərinə aiddir və heç bir şəkildə Böyük Britaniyanın NATO-dakı roluna təsir etməyəcək”.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bidirib.

Y. Stoltenberq qeyd edib ki, Böyük Britaniyanın yeni hökumətinin alyans qarşısında öhdəliklərini davam etdirəcəyinə əmindir: “Böyük Britaniya NATO-nun vacib tərəfdaşıdır”.

Baş katib NATO-nun “soyuq müharibə” dövründən bəri ən böyük güclənmə mərhələsindən də danışıb. O qeyd edib ki, NATO-nun Qara dəniz regionundakı mövcudluğu Rumıniyadakı briqadanın hesabına gücləndiriləcək. Y. Stoltenberqin sözlərinə görə, ittifaqın hərbi xərclərinin 8 milyard dollar artırılması gözlənilir ki, bu da əvvəl planlaşdırılan xərclərin 3%-ni təşkil edir.

Qeyd edək ki, iyulun 8-9-da Varşavada NATO-nun zirvə toplantısı keçiriləcək.

APA